Premyer Liqa: “Neftçi” səfərdə “Kəpəz”ə uduzdu

media-hightechnic-468x90

Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

media-banner_tkm

Yenicag.az  xəbər verir ki, “Neftçi” səfərdə “Kəpəz”in qonağı olub. Gəncə şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 44-cü dəqiqədə penaltidən Mate Kvirkviya vurub.

Bu qələbədən sonra ilk xallarını qazanan “sarı-göylər” 3-cü pillədə qərarlaşıb. Xalı olmayan “ağ-qaralar” isə 8-cidir.

Tura saat 20:00-da başlayacaq “Sabah” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3:0, “Sumqayıt” “Səbail”i 4:1, “Zirə” isə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05