Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Yenicag.az-ın məlumatına görə, günün birinci matçında “Səbail” “Sumqayıt”ı qəbul edib.
“ASCO Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların qollarını 27-ci dəqiqədə Rövlan Muradov, 67-ci dəqiqədə penaltidən Erik Sorqa, 70-ci dəqiqədə Kamran Quliyev, 76-cı dəqiqədə Səbuhi Abdullazadə vurub. Meydan sahiblərində isə 62-ci dəqiqədə David Qomis fərqlənib.
Qeyd edək ki, günün digər görüşündə “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək. Turun ilk matçında “Turan Tovuz” “Araz Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib. Tura avqustun 6-da oynanılacaq “Kəpəz” – “Neftçi” və “Sabah” – “Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.
www.yenicag.az