Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün son oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, çempion “Qarabağ” əsas izləyicisi “Qəbələ” ilə qarşılaşıb. Matç Ağdam klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Məhz bu oyundan sonra mövsümün mükafatçılarına medalları təqdim olunub.
Qeyd edək ki, “Qarabağ” çempionatı 1-ci, “Qəbələ” 2-ci, “Neftçi” 3-cü pillədə başa vurub.
Azərbaycan Premyer Liqası
28-ci tur
21 may
“Qəbələ” – “Qarabağ” – 0:1
Qol: Dani Kintana, 22-pen.
Qırmızı vərəqə: Cavid Hüseynov, 45+2 (“Qəbələ”).
Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
Bakı. “Azersun Arena”.
20 may
“Sumqayıt” – “Zirə” – 1:2
“Kəpəz” – “Neftçi” – 1:2
“Səbail” – “Keşlə” – 0:1
www.yenicag.az