Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19-cu illər mövsümünün ilk qolu vurulub.
Yenicag.az xəbər verir ki, çempionatın ilk topu 1-ci tur çərçivəsində keçirilən “Sumqayıt” – “Neftçi” görüşündə qeydə alınıb.
Qarşılaşmada hesabı açan Mirabdulla Abbasov 27-ci Azərbaycan çempionatının ilk qolunu məhz 27-ci dəqiqədə “Sumqayıt”ın qapısından keçirib.