Azərbaycan prezidenti İlham Əliyev Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Yenicag.az-ın məlumatına görə, Azərbaycan prezidenti muzeydə yaradılan şəraitlə tanış olub.
Binada yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, bu muzey 1980-ci ildən fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, muzeydə saxlanılan 4782 eksponatdan 360-ı ekspozisiya zalında nümayış olunur. Əsasən rayon ərazisindən tapılmış və bəziləri bərpa olunmuş sənətkarlıq nümunələri, döyüş ləvazimatlarının qalıqları, milli adət-ənənələrimizi əks etdirən ekspozisiyalar qədim keçmişimiz və mədəniyyətimiz barədə dolğun təsəvvür yaradır.
Dövlət başçısı həmçinin Ağcabədi rayonuna səfəri çərçivəsində həmçinin Bayraq Muzeyinin açılışında iştirak edib. Prezident muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı muzeydə yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. O, körpələr evi–uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Üçmərtəbəli bu yeni uşaq tərbiyə müəssisəsi 100 yerlikdir. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı otaqlar bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımi inventar və oyuncaqlarla təmin edilib.
www.yenicag.az