!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az xəbər verir ki, Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycanda nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən yeni dəniz limanının inşası, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, ölkədə müasir aviasiya şəbəkəsinin tam şəkildə inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Görüşdə Azərbaycanın aparıcı beynəlxalq nəqliyyat dəhlizlərindən biri kimi önəmi vurğulanıb, ölkəmizin nəqliyyat qovşağı sahəsində mühüm rolu qeyd olunub, Avropa İttifaqının bu işlərə strateji əhəmiyyət verdiyi bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat sahəsində mütəmadi dialoqun yaradılmasının zəruriliyi vurğulanıb və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

COP29

www.yenicag.az

1936
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv