Prezident Əhməd Əl Şaraanı Azərbaycana səfərə dəvət edib
Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı Azərbaycana səfərə dəvət edib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, dəvət məmnunluqla qəbul olunub.
Qeyd edək ki, bu gün Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.













