Prezident gömrük sazişlərini təsdiq edib

media-hightechnic-468x90

68836Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” sazişi təsdiq edib.
Qərara alınıb ki, “Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2014-cü il mayın 12-də Rabat şəhərində imzalanmış saziş təsdiq edilsin.

Prezident, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” sazişi təsdiq edib.

Prezident qərara alıb ki, “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2014-cü il iyunun 10-da Montevideo şəhərində imzalanmış Saziş təsdiq edilsin. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600