Prezident İlham Əliyev dekabrın 19-da “Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 23 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
***
Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.
Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.
Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə müvafiq tapşırıqlar verilib.
www.yenicag.az