Prezident İlham Əliyev Kolumbiyanın yeni səfirini qəbul edib - YENİLƏNİB

media-hightechnic-468x90

Prezident İlham Əliyev aprelin 14-də Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Kolumbiyanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ikitərəfli münasibətlərin yaxşı səviyyədə qurulduğunu deyib və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyin əhəmiyyətinə toxunub.

Prezident İlham Əliyev siyasi əlaqələrimizə əsaslanaraq iqtisadi, investisiyalar, turizm və digər sahələrdə münasibətləri dərinləşdirməyin önəmini vurğulayıb.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanda Kolumbiyanın ilk qadın səfiri olmasından şərəf hissi duyduğunu deyən Nelsi Rakel Munar Xaramiyo siyasi dialoqu və əlaqələrimizi möhkəmləndirmək, həmçinin əməkdaşlıq üçün yeni imkanların aşkarlanması istiqamətində səylə çalışacağını bildirib.

Səfir Kolumbiya tərəfindən Azərbaycanda ispan dilinin təşviqi məqsədilə bu dilin tədrisi üzrə kursların təşkil olunduğunu, azərbaycanlı tələbələrin və mütəxəssislərin bu proqramda fəal şəkildə iştirak etdiyini məmnunluqla vurğulayıb.

Söhbət zamanı ötən il Azərbaycanla Kolumbiya arasında “ASAN xidmət” modelinin bu ölkədə tətbiqi ilə bağlı anlaşma memorandumunun imzalandığı xatırlanıb.

Görüşdə Azərbaycan ilə Kolumbiya arasında kənd təsərrüfatı, ərazilərin minalardan təmizlənməsi, təhsil, mədəniyyət və digər sahələrdə münasibətləri genişləndirməklə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanla Kolumbiyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunulub, bu xüsusda hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda bir-birini dəstəklədiyi məmnunluqla vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı təmasların, həmçinin səfərlərin sayının artırılması və maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.

media-69ddfb90e3ee469ddfb90e3ee5177615553669ddfb90e3ee269ddfb90e3ee3 media-69ddfb90dd6d969ddfb90dd6da177615553669ddfb90dd6d669ddfb90dd6d7 media-69ddfb90d994969ddfb90d994a177615553669ddfb90d994669ddfb90d9948 media-69ddfb90c0eb669ddfb90c0eb7177615553669ddfb90c0eb469ddfb90c0eb5 media-69ddfb90b6bba69ddfb90b6bbb177615553669ddfb90b6bb669ddfb90b6bb9 media-69ddfb90c914469ddfb90c9145177615553669ddfb90c914169ddfb90c9142

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05