Prezident məhkəməyə çağırılıb
İtaliyada ilk dəfə olaraq prezident məhkəmədə ifadə verib.
Ölkə prezidenti Cordco Napolitano məhkəməyə şahid qismində cəlb olunub. İttihama görə, dövlət 1990-cı illərdə mafia ilə gizli danışqlar aparıb.
89 yaşlı prezident Napolitanoya qarşı heç bir ittiham yoxdur, ancaq o vaxtki daxili işlər naziri Nikola Mancino və bir vaxtlar mafianın ən nüfuzlu baçılarından olan Salvatore Riina və daha 8 şəxs cavabdeh qismində məhkəməyə cəlb olunub.
Prokurorların şübhələrinə görə, 1992-ci ildə bir sıra bomba partlayışlarından sonra dövlət orqanları mafia ilə danışıqlara gediblər. Həmin bomba partlayışları dövründə Napolitano parlamentin aşağı palatsının sədri olub. (anspress.com)