Prezident seçkilərini 51 xarici KİV işıqlandıracaq

“Azərbaycanda sabah keçiriləcək prezident seçkilərini 51 xarici kütləvi informasiya vasitəsindən 118 jurnalist izləyəcək”.

Yenicag.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, prezident seçkilərinə xarici media təmsilçilərinin marağı böyükdür.