Prezident Türkiyə iqtisadiyyat nazirini qəbul edib

media-hightechnic-468x90

prezidentPrezident İlham Əliyev Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihad Zeybekçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Nihad Zeybekçi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu, infrastruktur, müasir sənaye parklarının yaradılması, ticarət, kənd təsərrüfatı və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600