!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident xalq artistinin səhhətini şəxsi nəzarətinə götürdü

!Reklam – Yazi

63848Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Habil Əliyevin səhhətində baş verən prosesləri nəzarətə götürüb.

ANS PRESS-in məlumatına görə bu haqda Mərkəzi Klinik Xəstəxananın həkim reanimatoloqu Səbinə Qasımova bu gun keçirilən mətbuat konfransında deyib. Həkim dövlət başçısının və xanımının hər gün mütəmadi olaraq xalq artistinin səhhəti ilə maraqlandığını bildirib.

Səbinə Qasımova Habil Əliyevin səhhəti ilə bağlı son məlumatları da açıqlayıb. Onun sözlərinə görə xalq artistinin səhhətində müsbətə doğru irəliləyiş var. Bu gün xəstəni müayinə edən Türkiyəli həkim Özkan Akıncı da müalicənin düzgün istiqamətdə aparıldığını deyib. Həkim bildirdi ki, xəstə artıq ətrafdakıları tanıyır, baş verən hadisələrə reaksiya verir, müəyyən hərəkətlər edə bilir.

“Xəstənin indiki vəziyyətinə yaşı və daha əvvələr keçirdiyi xəstəliklər də təsir edib. Buna görə də müalicə prosesi daha uzun çəkir”. Həkimin sözlərinə görə xəstənin sağalması üçün bütün imkanlardan istifadə olunur. Hazırda onun xaricə aparılmasına heç bir ehtiyac yoxdur. Yerli və xarici həkimlərlə danışıqlar aparılıb və razılaşdırılıb.

Hazirda Habil Əliyevin qidalanması süni aparat vasitəsilə aparılır.

Ürək çatışmazlığından əziyyət çəkən xalq artisti Habil Əliyevin səhhəti bazar günü qəfil pisləşib. Vəziyyəti dəyişən kaman ustasi dərhal təcili tibbi yardim maşını ilə xəstəxanaya aparılıb. Vəziyəti ağır olduğundan musiqiçi müayinədən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv