Prezidentdən Naxçıvanla bağlı sərəncam

media-hightechnic-468x90

345135_456625serencamAzərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşadizə kəndinin 658 ha təşkil edən ərazisi Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin ərazisinə birləşdirilib.

Dövlət başçısının sərəncamına əsasən Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi ləğv edilib. Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600