Prezidentin ehtiyat fondundan 6 milyon ayrıldı
Prezident İlham Əliyev əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
1. Əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6,0 (altı) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.