Prezidentin Sofiyada rəsmi qarşılanma mərasimi olub

media-hightechnic-468x90

3550bdea53a1f7893f3bcdf3500c569eBolqarıstanda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin Sofiyanın Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan və Bolqarıstanın dövlət bayraqlarının dalğalandığı meydanda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidentini Bolqarıstan prezidenti Rosen Plevneliyev qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamlayıb.

Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti prezident Rosen Plevneliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600