Prezidentin təltif etdiyi şəhidin ad günüdür – Fotolar

media-hightechnic-468x90

Bu gün aprel döyüşlərində şəhid olan müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Təbriz Əsgərovun doğum günüdür.

Təbriz Əsgərov 12 yanvar 1993-cü ildə Şəmkir rayonunda anadan olub. 2010-cu ildə Təbriz Əsgərov Şəmkirdə Nizami Gəncəvi adına tam orta məktəbi bitirib.

O, 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olub. 2016-cı ilin aprelin 6-da şəhid çavuş Şəmkir rayonunun Morul kəndində son mənzilə yola salınıb.

Təbriz Əsgərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.(Azvision)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600