!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentliyə keçmiş namizəd: "Qərbin Azərbaycandakı agentura şəbəkəsi deyir ki..."

!Reklam – Yazi

“Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə açmalıdır”.

Bu fikiri Yenicag.az-a açıqlamasında Ermənistan Azərbaycan arasındakı gərginliyi dəyərləndirən Böyük Azərbaycan Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Elşad Musayev səsləndirib.
Elşad Musayev bildirib ki, Azərbaycan beynəlxalq hüquqa uyğun öz ərazilərini işğaldan azad etməlidir:

“Açıq aydın görünür ki, Qərb Ermənistana dəstək verir. ABŞ, Avropa İttifaqı, Ermənistan arasındakı görüşdən sonra bu dəstək hiss olunur.

Görünür ki, Ermənistanla Azərbaycan arasındakı danışıqlar prosesi dondurulub, danışıqlar getmir. Nəticə etibarı ilə ermənilərin başa düşdüyü dil var. Azərbaycan beynəlxalq hüquqa uyğun öz ərazilərini işğaldan azad etməlidir. Qazax rayonuna aid torpaqlar və Naxçıvanın Kərki kəndi işğaldan azad edilməlidir. Zəngəzur dəhlizini erməni tərəfi xoşluqla açmırsa, Azərbaycan hərbi güclə açmalıdır. Qorxaq mövqedə olmaq olmaz. Vaxt uzandıqca Ermənistan güclənir.

Qərbin Azərbaycandakı agentura şəbəkəsi deyir ki, Paşinyanın ABŞ, Avropa İttifaqı ilə görüşünün Azərbaycana zərəri yoxdur. Çünki onların ağaları deyir. Bu agentura şəbəkəsindən bezdik. Adam bilmir hansı ölkənin agentura şəbəkəsi ilə mübarizə apasın”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

397
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv