Prezidentliyə namizədlərə ikiqat pulsuz efir vaxtı verilə bilər

media-hightechnic-468x90

Prezidentliyə namizədlərə ikiqat pulsuz efir vaxtı verilə bilər.

“Report”un məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.

Komissiyanın sədr müavini Rövzət Qasımov bildirib ki, qanunvericiliyə əsasən prezidentliyə namizədlərə həftəlik 3 saat efir vaxtı verilməsi nəzərdə tutulur:

“Amma biz İTV ilə müzakirələr aparırıq ki, hər bir namizədə ikiqat vaxt müəyyən edilsin və həftənin bütün günləri təşkil olunsun”.

Onun sözlərinə görə, həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə günləri prezidentliyə namizədlərə İTV-nin efirində saat 21:00-da ödənişsiz efir vaxtı təşkil ediləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600