Proşenko hərbi vəziyyəti dəyərləndirib

media-hightechnic-468x90

79294Ukraynada hərbi vəziyyətin bərpa edilmə ehtimalı var.

Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko açıqlama verib.

Prezident bildirib ki, hərbi əməliyyatlar yenidən başlayan kimi, ölkədə dərhal hərbi vəziyyət elan olunaq.

“Sülh prosesi dayanarsa və geniş miqyaslı təcavüz başlayarsa, dərhal hərbi vəziyyət elan ediləcək. Milli Təhlükəsizlik və Müdafiə Şurasının son iclaslarında bu barədə geniş fikirlər bildirilib. Bu işlərlə Milli Təhlükəsizlik və Müdafiə Şurası məşğul olacaq”.

Onun sözlərinə görə, bu kontekstdə Ukrayna ordusunun döyüş bacarığının bərpası indi onun əsas prioritetidir.

Lakin Poroşenko münaqişənin hərbi yolla həllinin olmadığını söyləyib. O, avqust ayında Rusiya qoşunlarının müdaxiləsi nəticəsində İlovaysk ətrafında yüzlərlə Ukrayna əsgərinin həlak olduğunu xatırladıb və buna cavab olaraq sentyabrda Ukrayna ordusunun qisas əməliyyatı keçirdiyini açıqlayıb.

“İlovaysk şəhərinin arxasında əməliyyat keçirdik. Nəticədə yüzlərlə qatil cəzasını aldı və dəmir tabutlarda geri yollandılar”, – deyə prezident bildirib.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600