PSG-nin MÖVSÜMÜ: Adlardan imtina, prinsiplərə sədaqət və 5 titul ŞANSI

media-hightechnic-468x90

“Paris Saint-Germain” bu mövsüm təkcə nəticə baxımından deyil, həm də oyun keyfiyyəti və taktiki yetkinliyi ilə Avropada hegemonluğunu təsdiqləyib.

Bir vaxtlar sadəcə “pul kisəsi” adlandırılan klub indi isə gülən tərəfə çevrilib. Luis Enrikenin rəhbərliyi altında PSG, artıq beşinci titul uğrunda mübarizə aparır: “Ligue 1”, “Coupe de France”, “Trophée des Champions”, UEFA Çempionlar Liqası və indi isə növbə FIFA Klublararası Dünya Çempionluğundadır.

Tanınmış idman jurnalisti, “FutbolPlus” baş redaktoru Mahir Rüstəmli Yenicag.az üçün PSG-nin son uğurları və oyun fəlsəfəsi ilə bağlı fikirlərini bölüşdü:

media-1595170645_mahir

“Real Madrid”i 4:0 hesabı ilə məğlub edən bir komanda, təbii ki, finalın birmənalı favoritidir. PSG artıq mövsümdə 64 oyun keçirib, amma futbolçular meydanda elə təsir bağışlayır ki, sanki mövsüm yenicə başlayıb. İnanılmaz sürət və pressinq, bütün hərəkətlərin avtomatlaşdırılması – sanki konsul oyunu izləyirik. Meydanın hər yerində qısa ötürmələrlə kombinasiyalı oyun, bir sözlə, “PSG” artıq mükəmmələ yaxın komandadır. Yalnız belə bir komanda mayın 31-də “Internazionale”ı 5:0, iyulun 9-da “Real”ı 4:0 məğlub edə bilər”.

M. Rüstəmlinin sözlərinə görə, Luis Enrike komandaya sadəcə texniki dəyişikliklər yox, eyni zamanda daxili harmoniya və komanda ruhu gətirdi:

“Luis Enrike gəldikdən sonra ilk növbədə komandadaxili anlaşma artdı, kombinasiyalı oyunun keyfiyyəti yüksəldi. Futbolçular daha sürətli və texnikalı oynamağa başladılar. Enrike oyunçulara şəxsi eqolarını komanda maraqları naminə qurban verməyi öyrətdi. İndi bu komanda özünəinamla doludur, heç bir rəqibdən çəkinmir və top rəqibdə olsa belə oyunun axarına nəzarət etməyi bacarır”.

Müsahibimiz söyləyib ki, PSG-nin bu uğurlarının arxasında prinsipial dəyişikliklər dayanır:

“Klub rəhbərliyi ulduz adlardan çox, sabit ideyalar və sistemli yanaşma tələb edən bir layihəyə investisiya qoydu. Ulduz futbolçular üzərində qurulan sistem nəticə vermədi. Rəhbərlik Luis Enrikeni gətirəndə artıq adlar yox, prinsip və ideyalar üzərində qurulan komanda istədi və bu yolda tam dəstək verdi. Baş məşqçinin istədiyi transferlər edildi. Ən vacib məqam isə budur: PSG nə “Real”, nə “Barcelona”, nə də “Liverpool” kimi qitə nəhəngi sayılır. Burada nə futbolçular, nə də baş məşqçi böyük təzyiq altındadır. Bu da Enrikeyə sakit, intizamlı və çevik bir sistem qurmaq imkanı verdi – istədiyi vaxt hücum, istədiyi vaxt əks-hücum”.

Xatırladaq ki, 13 iyulda isə komanda FIFA Klub Dünya Çempionatının finalında beşinci titul üçün meydana çıxacaq. Qarşıda son addım qalsa da, artıq hər kəsin razılaşdığı bir həqiqət var: PSG artıq Avropanın hegemonudur.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600