Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Psixi sağlamlığı qorumaq üçün bunları edin - MƏSLƏHƏT

Uzun saatlar işləmək sizin psixi sağlamlığınıza təsir göstərə bilər.

Yenicag.az xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin sosial şəbəkədə paylaşdığı tövsiyədə qeyd olunub.

İş zamanı psixi sağlamlığınızı qorumaq üçün 6 tövsiyə verilib:

Fiziki aktiv olun
İş yoldaşlarınızdakı stressin əlamətlərindən xəbərdar olun
Mühakimə etmədən dinləyin
Dəstək göstərməyə hazır olun
Danışın!
Özünüzün qayğınıza qalın və ehtiyac yarandıqda kömək istəyin.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin psixi sağlamlığın qorunması üçün məsləhətləri isə bunlardır:

Psixi sağlamlıq – insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi əmin-amanlıq vəziyyətidir. Bu mənada psixi sağlamlıq həm insanın firəvanlığının, həm də cəmiyyətin effektiv fəaliyyətinin əsasıdır (e-tibb.az):

Həyat ritminizi idarə edin, gününüzü öncədən planlaşdırın.
Gərgin iş günündən sonra istirahətə zaman ayırın.
Düzdün qidalanın.
Gün ərzində fiziki aktivliyə ən azı 30 dəqiqə vaxt ayırın.
Yaxın və doğmalarınızla ünsiyyətdə olun.

Sevdiyiniz işlə məşğul olun.
Həyatınızda pozitiv emosiyalara köklənin.
Gülümsəyin.

www.yenicag.az

985
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM