Şəkidə evdə meyit tapılıb.
Yenicag.az xəbər verir ki, hadisə Şəki şəhəri, 20-ci rayon, S.Eldarov küçəsi, dalan 2, ev 23-də baş verib.
Həmin ünvanda yaşayan 1951-ci il təvəllüdlü Hüseynov Tahir Bünyamin oğlunun meyiti yaşadığı evdən tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, T.Hüseynov “Altsheymer xəstəliyi, qeyri-müəyyən mənşəli psixoorqanik sindrom” xəstəliyindən əziyyət çəkirmiş və o, evində ürək çatışmazlığından dünyasını dəyişib.
Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az