“Üzən məzənnə rejiminin tətbiq edildiyi iqtisadiyyatlarda yerli valyutaların məzənnəsi konkret olaraq strateji qərarlardan asılıdır”.
Bunu Azərbaycanda pul bazasının kəskin artması fonunda manatın dəyərinin dəyişməsi ehtimalını şərh edən iqtisadi ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan iqtisadiyyatının özünəməxsus iqtisadi modeli olduğuna görə devalvasiya qərarının verilməsi bu tipli iqtisadiyyatlarda strateji qərarlar əsasında həyata keçirilir:
“2015-ci ildən indiyədək manatın məzənnəsi sabit saxlanılır. Xüsusilə üzən məzənnə olan iqtisadiyyatlarda bu məsələlərə diqqət yetimək lazımdır. Bizim tipdə olan iqtisadiyyatlarda yerli valyutaların məzənnəsi konkret olaraq strateji qərarlardan aslıdır.
Xatırlamaq lazımdır ki, neft qiymətləri dövlət büdcəsində 45 dollardan hesablanıb. Buna görə də büdcədə artıqlar yaranmağa başladı. Bu baxımdan, bir çox yeni beynəlxalq layihələrin işə salınması təsiredici amildir.
Bildiyimiz kimi, Azərbaycan Trans-Adriatik Boru Xəttini istismara verdi və Avropaya qaz ixracının artırılmasına yönəlik bu tipli işlər həyata keçirir. Düşünürəm ki, ilin sonunadək hər hansısa devalvasiyadan söhbət gedə bilməz. Qeyd olunan məsələyə isə devalvasiyayla eyni anda baxmaq lazım deyil, müstəqil olaraq nəzər yetirməliyik. Çünki bizim iqtisadiyyatımızda manatın devalvasiyaya uğraması strateji qərarlardan asılıdır”.
Yusif Səmədzadə
www.yenicag.az