Putin Azərbaycan prezidentini təbrik edib

media-hightechnic-468x90

Rusiya prezidenti Vladimir Putin Yeni il münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, V. Putin məktubunda ötən il Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırladıb: “Bu yubiley müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında yeni uğurlarla yadda qaldı”.

Rusiya prezidenti konstruktiv dialoqun davam etdiriləcəyinə, Cənubi Qafqazda və onun hüdudlarından kənarda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində ölkələrin, xalqların köklü maraqlarına cavab verən Rusiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üzrə birgə işlərin davam etdiriləcəyinə ümidini ifadə edib. (APA)

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Putin Azərbaycan prezidentini təbrik edib

media-hightechnic-468x90

скачанные файлы (4)Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

V. Putinin məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzu edirəm. Bizim aramızda yaranmış, etimada əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə konstruktiv dialoqumuz və səmərəli birgə işimiz davam edəcək. Sizə və ailənizə hörmətimi və ən xoş arzularımı bildirirəm”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600