Putin Azərbaycana müraciət göndərdi

media-hightechnic-468x90

kkkkkkkkkkkkkkkRegionlararası əlaqələr Rusiya və Azərbaycanın ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının əsas istiqamətlərindəndir və yeni layihə və təşəbbüslərə təkan verir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin bu gün Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına ünvanladığı müraciətdə deyilir.

Müraciəti Rusiya Prezidenti Administrasiyasının regionlararası və xarici ölkələrlə mədəni əlaqələr üzrə rəisi Vladimir Çernov oxuyub.
V.Putin bildirib: “Bu il 5 yaşı tamam olan geniştərkibli forumunuz nüfuzunu durmadan artırır və bu illər ərzində iki ölkə regionlarının qarşılıqlı fəaliyyətinin bütün spektri üzrə konstruktiv dialoq üçün tələb edilən məkan olaraq qalır, nəqliyyat, energetika və bank sahələrində, investiyalar və kənd təsərrüfatı, turizm və təhsil sektorlarında əməkdaşlığımızın əhəmiyyətli potensialını üzə çıxarmaq baxımından əla imkan təqdim edir”.

Rusiya Prezidenti əminliyini bildirib ki, forum iştirakçılarını böyük, məhsuldar iş, maraqlı və qarşılıqlı faydalı müzakirələr gözləyir. Putin həmçinin onlara uğurlar diləyib və ən xoş arzularını çatdırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600