Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Putin bizi maşına qədər ötürdü, bunu niyə yazmırlar?" - Ərdoğan Rus mediasının yaydığı görüntülərdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin Moskva görüşü bir sıra maraqlı məqamlarla yadda qaldı. Bunlardan biri də Rusiya mediasının yaydığı Putinin Ərdoğanı 1 dəqiqə 44 saniyə qapı arxasında gözlətməsi iddiaları idi.

Yenicag.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Brüsseldən qayıdarkən təyyarədə bu məsələyə aydınlıq gətirib.

Jurnalistin məlum videonu nəzərdə tutaraq “Rus mediası Rusiya-Türkiyə münasibətlərinə zərər vurur?”, – sualına Ərdoğan “Mediatik manipulyasiyalar münasibətlərə zərər verə bilməz”, – deyə cavab verib və davam edib:

“Dostlarımız məsələ ilə bağlı həmkarları ilə görüşdülər. Onlar da burada nəyinsə qəsdən edilmədiyini vurğuladılar. Sadə bir prosedurun belə manipulyasiya edilməsi pis niyyətin göstəricisidir. Bizim görüşəcəyimiz yer Putinin ofisinin bir, olduğumuz yer isə digər tərəfində idi. Putin bizi maşına qədər ötürdü. Niyyət pis olduğu üçün heç bunu yazmırlar”.

www.yenicag.az

441
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100