Putin ən çətin layihəni Araz Ağalarova tapşırdı

media-hightechnic-468x90

jkbnjhbmnRusiyada 2018-ci ildə keçiriləcək Dünya Çempionatının stadionlarını inşa edəcək şirkətlərin adları açıqlanıb.

Həmin şirkətlərin arasında azərbaycanlı milyarder Araz Ağalarovun rəhbəri olduğu “Krokus İnterneyşnl” şirkəti də var.

Ağalarovun şirkəti Rostov və Kalininqrad şəhərlərində Dünya Çempionatnın keçiriləcəyi stadion inşa edəcək.

Stadionun tikintisi ilə bağlı açıqlama verən Ağalarov bildirib ki, ona ən çətin obyektlər düşüb: “Oradakı stadionlar 3 tərəfdən su ilə əhatə olunub və əlverişsiz yerdə yerləşir. Həmin ərazilərdə infrastruktur və kommunikasiya yoxdur”.

Dünya Çempionatı Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Onlardan 5-i artıq hazırdır. Qalan 7 stadionun tikintisi Rusiyanın tanınmış iş adamlarına həvalə olunub. Həmin stadionlar Nijni-Novqorod, Volqoqrad, Kalininqrad, Samara, Saransk və Rostovda inşa olunacaq(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600