Putin Ərəbistanda görüşə onları göndərdi

media-hightechnic-468x90

Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu gün Vladimir Putinin tapşırığı ilə Ər-Riyada yollanıblar.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, sabah Ər-Riyadda amerikalı nümayəndə heyətilə görüş gözlənilir:

“Görüş Rusiya-ABŞ münasibətlərinin bütün kompleksinin bərpasına, həmçinin Ukrayna nizamlanması üzrə mümkün danışıqların hazırlanması və iki prezident arasında görüşün təşkilinə həsr olunacaq”.

Qeyd edək ki, ABŞ-dan Ərəbistana gələn nümayəndə heyətinə Dövlət katibi Marko Rubio rəhbərlik edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05