AİB ölkələrinin başçılarının növbəti görüşü bu il Ermənistanda keçiriləcək.
Hər kəsi baş tutacaq görüş çərçivəsində Vladimir Putinin Ermənistana gəlib-gəlməyəcəyi maraqlandırır.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, müzakirələr zamanı “Ermənistan” fraksiyasının deputatı Aqnes Xamoyan komissiyanın sədr müavini Vaqarşak Akopyana suallar verib.
“Nəhayət, AİB ölkələrinin başçılarının görüşü bu il Ermənistanda baş tutacaq, ya yox?
Ermənistan Roma Statutunu ratifikasiya edib. Bundan sonra Vladimir Putin Ermənistana gələcək, yoxsa gəlməyə cəsarət etməyəcək?”, – deyə Xamoyan soruşub.
Akopyan Rusiya prezidenti Vladimir Putinin Ermənistana mümkün səfəri ilə bağlı bəzi açıqlamalar verib.
“Rəsmi mənbələrimiz dəfələrlə bu məsələyə toxunublar. Sizi əmin edirəm ki, Ermənistan bütün öhdəliklərini yerinə yetirəcək.
Bu öhdəliklər görə Ermənistana səfər olacaq, yoxsa görüş başqa ölkədə olacaq, o da başqa sualdır.
Hamının Ermənistana və ya başqa bir ölkəyə getməsi ilə bağlı konsensus əldə olunanda bu görüş baş tutacaq. Bütün məsələlər bütün tərəfdaşlarla müzakirə olunur”, – Akopyan bildirib.
Xuraman Etibarlı
www.yenicag.az