Putin Kurenkovu niyə Bakıya GÖNDƏRDİ? – “Moskva alternativ yollar düşünür”

media-hightechnic-468x90

“Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkovun Azərbaycan Fövqəladə Hallar Nazirliyi səviyyəsində görüşlər keçirməkdən daha yuxarı edə biləcəyi heç nə yoxdur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında uzun illər Rusiyada yaşamış azərbaycanlı politoloq Fuad Abbasov bildirib.

media-fuad_abbasov3

Analitik Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkovun Azərbaycana gəlişi və bu səfərin pərdəarxasını şərh edib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında keçən ilin dekabr ayında meydana gəlmiş təyyarə qəzasından sonra Rusiyadan göndərilmiş müxtəlif insanlar var idi:

“Bu şəxslər Rusiyanın təyyarə qəzasına görə Azərbaycandan üzr istəməsinə dirənmiş bir problemi həll etməyə özlərinə lüzum görmürdülər. İlk növbədə Putindən təyyarəyə görə günahkarların cəzalandırılmasını tələb etməsinə baxmayaraq, bu tələb hələ də həyata keçirilməmişdir”.

F. Abbasovun fikrincə, Kurenkov Azərbaycanda yalnız FHN səviyyəsində görüşlər keçirib əməkdaşlıq edə bilər və bundan daha artığına səlahiyyəti yoxdur:

“Nəticə etibarilə, Azərbaycana kim gəlirsə gəlsin, – istər fövqəladə hallar haziri, istər Aleksandr Kurenkovdan əvvəl, istər o və ondan sonrakılar – Azərbaycan bütün tələblərini təyyarə qəzasının nəticələrinə yönləndirir. Hər kəsin bildiyi kimi: günahkarların cəzalandırılması, təzminat ödənilməsi, Azərbaycandan rəsmi şəkildə qəzanın Rusiya tərəfindən törədilməsinə görə üzr istənməsi. Bütün bunlar hamısı Rusiyanın imperiya ambisiyalarına tərs gəldiyi üçün müxtəlif adamları Azərbaycana göndərərək alternativ yollar düşünür. Mənə elə gəlir ki, Kurenkov Azərbaycanın fövqəladə hallar naziri ilə görüşüb onun səviyyəsindəki müxtəlif sahələrdə əməkdaşlıq müqavilələri imzalaya bilər. Ondan daha artıq Kurenkovun edə biləcəyi heç nə yoxdur”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600