Putin Qarabağ dosyası ilə gəlir? – Şərh

media-hightechnic-468x90

0331-OFALLOUT-Russia-Putin-Bombings_full_600-550x366Elşən Mustafayev: “Rusiyanın Putinin səfəri ilə Dağlıq Qarabağ məsələsində dönüş yaratmaq istiqamətində addım atacağını gözləmirəm”

Rusiya prezidenti Vladimir Putin I Avropa Oyunlarının açılışında iştirak etmək üçün iyunun 12-13-də Bakıda səfərdə olacaq. Bu dövrdə o Azərbaycan prezidenti İlham Əliyevlə də görüş keçirəcək. Hansı ki, burada bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də müzakirə predmeti ola bilər. Son zamanlar Rusiya özünü elə aparır ki, sanki, sözügedən münaqişənin artıq həllində maraqlıdır. Hətta bu yaxınlarda xarici işlər naziri Sergey Lavrov da belə bir açıqlama ilə çıxış etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yetişib. Bu fonda görəsən, Rusiya münaqişənin həlli istiqamətində fəaliyyətini genişləndirə bilərmi?

AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev Yenicag.az-a açıqlamasında buna inanmadığını söylədi: “Putinin Bakıya gəlişi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də danışıqlar, bəyanatlar olacaq. Amma nəticə etibarı ilə Rusiyanın Dağlıq Qarabağ məsələsində dönüş yaratmaq istiqamətində addım atacağını isə gözləmirəm. Bu gün Azərbaycanı Rusiyadan asılı edəcək yeganə vasitə Dağlıq Qarabağ məsələsidir. Hamı bilir ki, bu neçə ildə Dağlıq Qarabağın ermənilərin işğalında qalması Rusiyanın onlara verdiyi dəstəyin nəticəsidir. Moskva Ermənistan kimi müttəfiqini də itirmək istəmir. Sözsüz ki, gələcəkdə, Rusiyanın buradakı maraqları tam təmin olunduqda, ermənilərin də Dağlıq Qarabağda maraqları qorunmaq şərtilə, Azərbaycanın işğal olunmuş ərazilərimizdə hüququ təmin edilə bilər. Problemin yaradıcısı Rusiyadır. Onunla istənilən məqamda danışıqlar aparılmalıdır. Başqa yol da yoxdur. Azərbaycan Putini inandırmağa çalışmalıdır ki, ilkin olaraq qeyd-şərtsiz Dağlıq Qarabağdan kənar rayonların azad olunmasına dəstək versin. Yalnız bu halda Azərbaycan Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsində daha yaxın mövqe tuta bilər”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600