Rusiya prezidenti Vladimir Putin imzaladığı sonuncu qərar ilə Şərqi Avropanı təşvişə salıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin Rusiyanın hərbi birləşmələrinə Ukrayna, Belarus, Rumıniya, Polşa və Almaniyadakı şəhərlərin adını qoyub. Ölkə başçısının ad dəyişiklikləri ilə bağlı fərman imzalaması bu ölkələr tərəfindən birmənalı qarşılanmayıb. Onlar Rusiyanın bu addımla öz işğalçı simasını bir daha göstərdiyini bildiriblər.
Rusiya hökumətinin rəsmi internet saytında yayımlanan fərmana görə, Rusyanın 6-cı tank alayına Ukraynanın Lvov , 163-cü tank alayına Nejinsk şəhərinin, 68-ci alaya isə Jitomir-Berlin adı verilib.
Həmçinin 90-cı tank bölüyünə Belarus respublikasının Vitebsk qəsəbəsinin, 381-ci topçu alayına isə Polşanın paytaxtı Varşavanın adı qoyulub.
Rəsmi Kreml bu fərmanın imzalanmasında əsas məqsədin Böyük Vətən müharibəsi zamanı güclənmiş vətənpərvərlik ruhunun yenidən canlandırılması olduğunu açıqlayıb.