Putindən yeni müharibə planı

media-hightechnic-468x90

img1800706Rusiya prezidenti Vladimir Putin KİV-də ekstremizm hallarına “müharibə” elan etdi.

Yenicag.az xəbər verir ki, prezident kütləvi-informasiya vasitələrində terrorizmə çağırışa görə cərimələrin məbləğini dəfələrlə artıran qanunu imzalayıb.

Yeni qanuna əsasən, belə materialların dərc edilməsinə görə 1 milyon rubladək cərimə müəyyən edilir və nəşrin bütün nüsxələri müsadirə olunur. Yeni qanunda həmçinin ekstremist materialların yayılmasına görə hüquqi şəxslərə qoyulan cərimələr 100 min rubldan 1 milyon rubla qaldırılır.

Bundan əvvəl Ruysiyanın Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi minimum cərimənin 400 min rubl civarında müəyyən olunmasını təklif etmişdi. Dövlət Duması yeni qanunu aprelin son günlərində qəbul edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600