Putinlə Ərdoğan arasında görüş baş tutdu

media-hightechnic-468x90

Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Yenicag.az xəbər verir ki, dar çərçivəli görüşdən sonra geniş tərkibdə də görüş keçiriləcək. Daha sonra dövlət başçıları mətbuat qarşısında bəyanatla çıxış edəcəklər.

Türkiyə tərəfdən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar və Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan iştirak edib.

Putin görüşdə Moskva və Ankara arasındakı münasibətlərin praktiki olaraq tam bərpa olunduğunu bəyan edib. Ərdoğan isə Rusiya – Türkiyə münasibətlərinin gündən-günə inkişaf etdiyiniz diqqətə çatdırıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa