Qadın 107 min manat DƏLƏDUZLUQ ETDİ - Hökm oxundu

media-hightechnic-468x90

Külli miqdarda dələduzluqda təqsirləndirilən Ülkər Qədirovaya hökm oxunub və o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, 48 yaşlı Ülkər Qədirova 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ancaq vaxtından tez azadlığa buraxılıb. O, hətta məhkumluğu ola-ola 9 nəfərə qarşı dələduzluq edib. İki nəfərə paytaxtın Binəqədi rayonunda ev tikib satmaqla pul qazanmağı “məsləhət görüb”. Bu yolla onlardan 23 min və 6 min manat pul alıb. Onlardan birini Çevik Polis Alayına, digərini isə xarici şirkətdə fəhlə işinə “düzəltmək” adı ilə hərəsindən 9 min manat pul alıb.

Bütün bu cinayət əməllərinə görə, Ülkər Qədirova sadaladığımız zərərçəkmişlərdən ümumilikdə 107 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05