“Qafqazinfo” hücuma məruz qaldı

media-hightechnic-468x90

elbrus_erud_150814_2cvcvBu gün saat 17 radələrindən etibarən qafqazinfo.az saytına haker hücumu baş verib.

Yenicag.az aznews-a istinadən bildirir ki, nəticədə saytın fəaliyyəti tamamilə dayanıb. saytın baş direktoru Elbrus Ərud deyib ki, indiyə qədər belə hücum olmayıb: “Bu, misli görünməmiş hücumdur. 1 saniyədə 300 GB hücum gəlir və son nəticədə saytın İP-ləri bloka düşüb. Hazırda bu hücumun dayanmasını gözləyirik”.

O, hücuma məruz qalmasını yaydığı məlumatlarla əlaqələndirib: “Bu hücumlara çoxlu vəsait xərclənir. Görünür, “sancdığımız” adamlar bizdən qisas alır. Bu gün bir neçə kəskin material yayımlamışdıq. Onlardan ötrü xeyli zənglər aldıq, yazıların silinmısini istəyirdilər…”

Baş direktor problemi aradan qaldırmağa çalışdıqlarını da əlavə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600