“Qalatasaray” Türkiyə Superliqasında 23-cü tur oyununa çıxıb.
Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisi “Qaziantep”i qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı birinci hissədə qonaqlar açıb. Uzun müddət “Qaziantep” öndə olsa da, “cim-bom” 72-ci dəqiqədə Zaha ilə hesabı bərabərləşdirib. Barış Alper Yılmazın 90-cı dəqiqədə vurduğu qol matçın taleyini həll edib.
Bu qələbə ilə xalını 60-a çatdıran “Qalatasaray” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Fənərbaxça” eyni xalla 1-cidir. “Qaziantep” isə 23 xalla 17-cidir.
“Qalatasaray” – “Qaziantep” – 2:1
Qollar: Zaha, 72, Yılmaz, 90 – Kızıldağ, 29
www.yenicag.az