Qapı zənginə basan uşaq ev sahibi tərəfindən öldürüldü
ABŞ-ın Texas ştatının Hyuston şəhərində 11 yaşlı uşağı qətlə yetirməkdə ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılıb.
Yenicag.az xəbər verir ki, CNN-in məlumatına görə, Harris County Prokurorluğu avqustun 30-da baş verən hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Gonzalo Leon Jr. adlı şəxs evinin qapısını döyüb qaçan uşağa atəş açaraq onu öldürməkdə günahlandırılır.
Prokurorluq şahid ifadələrinə istinadən bildirib ki, vurularaq qaçan uşağın 11 yaşlı olduğu müəyyən edilib. Hadisə şahidlərinin sözlərinə görə, uşaq və onun dostları həmin vaxt bölgədə “qapı zəngi çalıb qaçmaq” oyunu oynayırmış.
Məlumata əsasən, uşaqlardan birinin üzərinə evdən atəş açılıb və nəticədə uşaq ağır yaralanaraq həyatını itirib. Rəsmi açıqlamada qeyd olunub ki, atışma evin daxilində və ya yaxınlığında baş vermədiyi üçün bu hadisənin “özünümüdafiə” kimi qiymətləndirilməsi mümkün deyil.