Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barrelinin qiyməti 1,50 dollar və yaxud 2,05% artıb.
Yenicag.az xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 74,64 dollar/barrelə bərabər olub.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.