“Qarabağ” 1 milyona bu qapıçını aldı

media-hightechnic-468x90

Azərbaycan çempionu “Qarabağ” Polşanın “Stal” klubunun qolkiperi Mateuş Koçalskini transfer etmək istəyir.

media-banner_tuq

Yenicag.az “PSN Futbol”a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin 24 yaşlı qolkiperin transferi ilə bağlı onun klubu ilə razılıq əldə etdiyi bildirilir.

İddiaya görə, “Qarabağ” Koçalski üçün “Stal”a 1 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, “Stal” Mateuş Koçalskini 2022-ci ilin yayında Varşava “Legiya”sından transfer edib. Polşa millisinə də dəvət olunan qapıçı Meleç təmsilçisinin heyətində 40 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05