!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekorda imza atdı

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” görüşü gözlənildiyi kimi maraqlı hadisələrlə yadda qalıb.

Yenicag.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “Qarabağ” Premyer Liqanın 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Qurban Qurbanovun komandası buna 33-cü turda nail olub.

“Köhlən atlar” “Neftçi” üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol sayını 50-yə yüksəldib. Bu, klubun tarixində yeni rekorddur. Ağdam təmsilçisi 2021/22 mövsümündə evdə 47 qol vurmuşdu. Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər.

“Neftçi” Premyer Liqasının 2023/24 mövsümündə səfər oyunlarında 23 qol buraxıb. Bu rəqəm 33-cü turun “Qarabağ”la matçından sonra belə yüksək həddə çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antirekordunu təkrarlayıb. “Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə ən çox səfər qolu buraxması 2013/14 mövsümündə qeydə alınmışdı. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.
Qeyd edək ki, “Sumqayıt” isə Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə 12-ci heç-heçəsini edib. “Gənclik şəhəri” təmsilçisi bununla da öz rekordunu təkrarlayıb. Komanda 2015/16 mövsümündə 12 sülhə imza atmışdılar./oxu.az

COP29

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv