“Qarabağ” “Araz-Naxçıvan”la, “Sabah” “Neftçi” ilə qarşılaşacaq

media-hightechnic-468x90

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, günün ilk oyununda son çempion “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək.

3 xala malik komandalar 5-6-cı yerləri bölüşdürürlər.

Turun sonuncu matçında “Neftçi” “Sabah”ın qonağı olacaq. Rəqibindən bir oyun az keçirən meydan sahibləri 3 xalla 4-cü, “ağ-qaralar” isə 1 xalla 8-ci pillədə qərarlaşıblar.

Azərbaycan Premyer Liqası

III tur

20 avqust (bazar)

18:00. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Azersun Arena”

20:00. “Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rauf Cabarov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Turan Tovuz” səfərdə “Kəpəz”i 2:0, “Sumqayıt” “Qəbələ”ni, “Zirə” isə “Səbail”i 2:1 hesabı ilə üstələyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600