“Qarabağ” Azərbaycan çempionatında yeni rekorda imza atdı

media-hightechnic-468x90

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, Ağdam təmsilçisi eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Premyer Liqanın XVII turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.
Matçdakı sonuncu qolun müəllifi olan Hamidu Keyta “Qarabağ”ın Azərbaycan derbisindəki 120-ci qoluna imza atıb. Ağdam təmsilçisi bu göstəriciyə 93-cü matçda çatıb.

Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurublar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600