"Qarabağ" Braziliyadan futbolçu gətirmək istədi: Təklifi qane etmədi

media-hightechnic-468x90

Braziliyanın “Sport Resifi” klubunun formasını geyinən Marselo Ajul Azərbaycan çempionu “Qarabağ”ın transfer hədəfinə çevrilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Ağdam klubu 23 yaşlı müdafiəçini heyətinə qatmaq üçün ilkin danışıqlara başlayıb.

Buna baxmayaraq, “Qarabağ” tərəfindən irəli sürülən təklif Braziliya təmsilçisinin rəhbərliyini qane etməyib.

Qeyd edək ki, cari mövsüm ərzində çıxış etdiyi yeddi qarşılaşmada iki dəfə fərqlənməyi bacaran Ajul “Nautiko”ya qarşı keçirilən final matçında (3:0) da meydana çıxıb. Gənc futbolçunun “Sport Resifi” ilə mövcud müqaviləsi 2027-ci ilin sonunadək nəzərdə tutulub.

Hazırkı rəqəmlərə əsasən, braziliyalı müdafiəçinin transfer bazarındakı dəyəri təqribən 100 min avro olaraq qiymətləndirilir./Oxu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05