“Qarabağ”da ciddi itki

media-hightechnic-468x90

1085Brazilayalı futbolçu beş aydan sonra yaşıl meydanlara qayıdacaq.

“Qarabağ” ciddi itki ilə üzləşib.

Dünən Avropa Liqasının qrup mərhələsinin “Sent-Etyen”lə oyununda zədə alan və matçı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan braziliyalı Cumbinyonun uzun müddətə sıradan çıxdığı müəyyənləşib.

Bu gün tibbi müayinədən keçən təcrübəli yarımmüdafiəçinin dizində qırıq aşkarlanıb.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun  verdiyi məlumata görə, Cumbinyo beş aydan sonra yaşıl meydanlara qayıdacaq.

Bu isə o deməkdir ki, o, Avropa Liqasının qrup mərhələsinin bütün oyunlarını, eləcə də Azərbaycan çempionatının bir sıra vacib matçını buraxmalı olacaq(qol.az).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa