“Qarabağ”-dan qəribə təklif

media-hightechnic-468x90

87736“Qarabağ” futbol klubu “Neftçi”yə qəribə təklif irəli sürüb.

Yenicag.az xəbər verir ki, Əliyar Ağayevin 2 tur öncə idarə etdiyi “Neftçi” – “Simurq” qarşılaşmasından sonra idarəçiliklə bağlı yaranmış narazılıq və bu gün “Neftçi” – “Qarabağ” görüşünün təyinatlarından sonra yaranmış ajiotajı nəzərə alaraq “Qarabağ” rəhbərliyi “Neftçi” PFK-ya müraciət edib.

Müraciətdə deyilir: “Neftçi” – “Qarabağ” matçına təyinatlar açıqlandıqdan sonra Əliyar Ağayevlə bağlı yaranmış söz-söhbəti nəzərə alaraq, Əliyar Ağayevin istənilən hakimlə əvəz olunmasını təklif edirik”.

“Qarabağ” hakimin dəyişdirilməsi ilə əlaqədar AFFA-ya da müraciət edib.

Klubun direktoru Əmrah Çəlikəlin imzası ilə federasiyaya ünvanlanan müraciətdə deyilir: “Premyer Liqanın XXIII turunda baş tutacaq “Neftçi” – “Qarabağ” oyununa təyinat almış Əliyar Ağayevin adı ətrafında yaranmış söz-söhbətləri nəzərə alaraq, müvafiq qurumlara oyunun baş hakiminin istənilən hakimlə dəyişdirilməsini təklif edirik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600