Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə yekun vurulur.
Yenicag.az xəbər verir ki, qitənin bir nömrəli yarışında ölkəmizi təmsil edən “Qarabağ” da “Kukesi” ilə cavab matçına çıxıb.
Albaniyada keçirilən oyunda rəqibi ilə qolsuz bərabərə qalan ağdamlılar növbəti mərhələyə adlamağa çox yaxın idi. Təmsilçimiz doğma meydanda inamlı qələbə qazanaraq, ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlib.
Ağdam klubu növbəti mərhələdə Belarus təmsilçisi BATE ilə üz-üzə gələcək.
1 avqust
Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
“Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) 3:0
Qollar: Dani Kintana, 24-pen (1:0), 57-pen (2:0). Con Delarj, 89.
Hakimlər: Peter Kralovic, Miroslav Benko, Erik Weiss, Patrik Hrcka (hamısı Slovakiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:0
www.yenicag.az