!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” güclülər sırasında - Rəqiblər DƏQİQLƏŞDİ

!Reklam – Yazi

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa çempionu “Rakuv”u mübarizədən kənarlaşdıracağı təqdirdə III raunddakı potensial rəqiblərinin hamısı dəqiqləşib.

Yenicag.az xəbər verir ki, bu, I təsnifat mərhələsinin yekunlaşmasından sonra bəlli olub.

Raundun püşkü ikinci mərhələ başa çatmamış atılacağından püşkatmaya cütlər şəklində qatılacaq komandalar da olacaq. “Qarabağ”ın reytinqi yüksək olduğundan “Rakuv”la əmələ gətirdiyi cüt güclülərin yer aldığı səpələnmişlər səbətində yer alacaq. Bu isə Ağdam klubunun mərhələ keçəcəyi təqdirdə nisbətən münasib (aşağı reytinqli – red.) komanda ilə üz-üzə gələcəyi deməkdir.

“Qarabağ”ın “Rakuv”la cütünün qalibinin III təsnifat mərhələsindəki mümkün rəqibləri bunlardır:
“Sparta” (Çexiya), AEK (Yunanıstan), “Ludoqorets” (Bolqarıstan) – ”Olimpiya” (Sloveniya) cütünün qalibi, “Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi, “Aris” (Kipr) – BATE (Belarus) cütünün qalibi, “Klaksvik” (Farer adaları) – ”Hekken” (İsveç) cütünün qalibi.

Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü iyulun 24-də atılacaq. “Qarabağ” “Rakuv”a qarşı ilk oyunu iyulun 25-də Polşada, cavab matçını avqustun 1-də Bakıda keçirəcək./oxu.az/

COP29

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv